Rəsmi nikah olmadan kəbin kəsən mollalar məsuliyyətə cəlb edilsin - TƏKLİF


Digərləri 15 Fev 2019 14:47:00 244 0

Rəsmi nikah olmadan kəbin kəsən mollalar məsuliyyətə cəlb edilsin - TƏKLİF

İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.

Bakı. İlhamə İsabalayeva – İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur.