Faiq Ağayev: "Kişi böyük faciədən təsirlənib ağlaya bilər" FOTO


Şou-biznes 15 Fev 2019 12:26:00 309 0

Faiq Ağayev: "Kişi böyük faciədən təsirlənib ağlaya bilər"  FOTO

“Canımı ona tapşırdım, komaya düşdüm”

Xalq artisti Faiq Ağayev "Youtube" layihələrindən birinin qonağı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənni proqramda maraqlı məqamlar barədə fikir söyləyib. Sənətçi 9 il əvvəl onu bıçaqlayan Rüfət Məlikovun azadlığa çıxmasına münasibət bildirib:

"Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu, mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

F.Ağayev həmin dövrü xatırlayaraq anasıyla söhbətindən sonra komaya düşdüyünü bildirib: "Anama görə qorxurdum. Anamla məhəbbətim Leyli və Məcnun kimidir. Düşünürdüm ki, o, mənsiz qala bilməyəcək. Özümü günahkar hesab edirdim ki, niyə anamı bu vəziyyətə saldım. Həyatımda üç dəfə kliniki ölüm keçirmişəm. Ölümə qarşı soyuqqanlıyam, amma həyatı əvvəlkindən daha çox sevirəm. 2010-cu ildə həmin hadisə zamanı məni o vəziyyətdən çıxaran həkimlər əməliyyatdan bir az sonra təkcə anama icazə verdilər ki, palataya gəlsin. Elə bil anamın gəlməyini gözləyirdim. Adam belə vəziyyətdə kiməsə şikayətlənmək istəyirdi. Anam gəldi, canımı ona tapşırdım, komaya düşdüm".


Xəbərə aid foto