Cammu və Kəşmirdə partlayışda ölənlərin sayı 45 nəfərə çatıb


Dünya 15 Fev 2019 10:37:00 242 0

Cammu və Kəşmirdə partlayışda ölənlərin sayı 45 nəfərə çatıb

Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partlaması nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 38 yaralı var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bomba ehtiyat polis qüvvələrinin konvoyu yolda olarkən işə düşüb. Partlayışdan sonra atəş səsləri eşidilib.

İnsidentə görə məsuliyyəti "Caiş-e-Məhəmməd" qruplaşmasının terrorçuları öz üzərinə götürüb.