Nazir: "Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır"


Digərləri 15 Fev 2019 10:24:00 210 0

Nazir: "Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır"

Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsil üçün çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı növbəti aydan etibarən daha 16 min tələbənin akademik göstəricilərini yaxşılaşdırması üçün stimul yaradır.

Qeyd edək ki, son sərəncamlarla ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alanların təqaüdləri minimum 14 faizdən 25 faizdək artırılıb.