Türkiyədə hər 3 saatda 1 uşağa xərçəng diaqnozu qoyulur


Dünya 15 Fev 2019 08:36:00 242 0

Türkiyədə hər 3 saatda 1 uşağa xərçəng diaqnozu qoyulur

Türkiyənin Xərçəng Xəstəliyindən əziyyət çəkən Uşaqlara Ümid Vəqfinin qurucusu və İdarə Heyətinin sədri professor İnci Yıldız ölkədə hər il təxminən 3 min 500 uşağa xərçəng diaqnozunun qoyulduğunu bildirib ki, bu da hər 3 saatda 1 diaqnoz deməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, professorun sözlərinə görə bu rəqəm təkrarlanan xəstəliklərlə birlikdə 5 minə qədər yüksəlir: "Lakin buna baxmayaraq səhiyyə xidmətlərinin inkişafı ilə müalicə üsulları daha da əlçatan olur. Bunun üçün xəstəliyin vaxtında aşkarlanması vacibdir".