Bu insanlar xərçəngə daha meyllidir İbn Sinanın


Digərləri 14 Fev 2019 23:42:00 272 0

Bu insanlar xərçəngə daha meyllidir  İbn Sinanın

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri - İbn Sinanın "Ənənəvi tibb qanunu" kitabına görə, insanlar 4 əsas ünsürə (irqə) ayrılır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bunlar: demevilər (hava), safravilər (atəş), balgamilər (su) və sodavilərdir (torpaq). Bütün insanlar bu dörd ünsürdən birinə və ya bir neçəsinə sahibdir. Bu ünsürlər bəzi fiziki və ruhi xüsusiyyətlərin yaranmasına təsir edir.

Məşhur təbib İbn Sinanın ünsürləri həm insanın xarakterini təsbit etmək, həm də bədəninin fizioloji quruluşunu tanımaq üçün çox mühüm vasitədir.

İnsanlar başqa ünsürlərə meyil etdiyi zaman qeyri-stabillik meydana gəlir, balans pozulur və nəticədə xəstəliklər ortaya çıxır. Məsələ ondadır ki, bütün orqan və xəstəliklər də ünsürlərlə bağlıdır. Həkim xəstənin ünsürünü müəyyən etdikdən sonra xəstəliyin müalicəsinə başlayır.

Dediyimiz kimi, bütün xəstəliklər ünsürlərdə tarazlığın pozulması nəticəsində meydana gəlir. Elə buna görə də tarazlığı qorumaq üçün bəzi müalicə üsulları həyata keçirilir. İbn Sina "Ənənəvi tibb qanunu" kitabında ünsürlərdə tarazlığı qorumaq üçün bitkilərdən hazırlanan dərmanları, hacamat və zəli müalicəsini tətbiq etməyi tövsiyə edirdi.

İranda İbn Sina Ənənəvi Təbabət sahəsi üzrə 6 il təhsil alan türkiyəli dermataloq Aida Berenjian 4 ünsür və onların əsas xüsusiyyətlərini açıqlayıb.

İsti ünsürlər