Azərbaycan nefti


Digərləri 14 Fev 2019 23:48:00 196 0

Azərbaycan nefti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,62 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.