Şəmkirdə istixanada yanğın baş verib,


Digərləri 14 Fev 2019 23:19:00 221 0

Şəmkirdə istixanada yanğın baş verib,

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.