Namaz qılmağın nə faydası var?


Digərləri 14 Fev 2019 23:20:00 198 0

Namaz qılmağın nə faydası var?

Bizim Allah Təala qarşısındakı əsil vəzifəmiz nədir?

Varlıq aləminin xilqəti və peyğəmbərlərin (ə) besəti məhz ibadət üçün həyata keçmişdir. Allah buyurur: "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 56).

Bütün peyğəmbərlərin (ə) əsil vəzifəsi - insanları ibadət etməyə dəvət etmək olmuşdur. Allahın bizim ibadətimizə ehtiyacı yoxdur. Bilmək lazımdır ki, ibadətin mənfəəti, ancaq onu yerinə yetirənə şamil olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbai yuxarıdakı ayənin təfsirində buyurur: "Allah Təala insanı yaratmışdır ki, ona savab versin. Məlumdur ki, ibadətin savabı da insanın özünə şamil olar.

Bu, insandır ki, həmin ibadətdən bəhrələnər, nəinki Allah. Çünki Allah insanların ibadətindən ehtiyacsızdır. İnsana ona görə savab verər ki, özü Allahdır. Ona görə də savab - Allah kamalını isbat edən əməldir. Bu səbəbdən insan xilqətinin hədəfi - ibadətdir. O kamaldır ki, ancaq insana aid olar.

İbadət həm hədəfdir və həm də Allahın rəhmət və məğfirətidir".

Şəhid Mütəhhəri ibadət haqqında buyurur: "Yeganə Allahı - ən kamil zat, hər cür nöqsandan pak bir varlıq və yer üzərini yaradan, ona feyz verən bir varlıq kimi tanımaq, insanda çox güclü bir reaksiya yaradar ki, ona pərəstiş deyərlər.

Pərəstiş, insanın öz Yaradanı ilə bərqərar etdiyi müti, şakir bir rabitədir. İnsan bu cür rabitəni ancaq Allahı ilə bərqərar edər".

Əllamə Təbatəbai ibadət haqqında buyurur: "İbadətin həqiqəti budur ki, bəndə özünü zillət məqamında və ubudiyyət məqamında qərar verər. Üzünü Allaha tərəf çevirər.

Ona görə də deyə bilərik ki, insan xilqətinin əsil hədəfi - ibadətin həqiqətidir. Yəni odur ki, bəndə özünü hər şeydən ayırar, Allahı yada salar və Onu zikr edər".