Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi


Dünya 14 Fev 2019 20:54:00 258 0

Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi

Çeçenistanda homoseksualların təqiblərə məruz qalması, həbs olunması və işgəncələrin verilməsi ilə bağlı ittihamlar "mavilər"in informasiya hücumudur.

Son.az oxu.az-a istinadən bildirir ki, bu bəyanatı Respublikanın mətbuat katibi Alvi Kərimov səsləndirib.

"Belə iddiaların müəlliflərində ar və vicdan deyilən şey qalmayıb, onlar bütün sərhədləri keçiblər", - deyə Kərimov gileylənib.

"Bir daha bildirirəm ki, Çeçenistanda bu əlamətlərə görə bir nəfər belə həbs olunmayıb. Hüquq-mühafizə orqanları, insan haqları müdafiəçiləri və jurnalistlər, hətta xarici vətəndaşlar dəfələrlə bu məlumatları yoxlayıb və belə halların olduğuna dair bir fakt belə aşkarlamayıb", - Kərimov diqqətə çatdırıb.

Kərimovun hiddət dolu bəyanatına səbəb "Rusiya LGBT şəbəkəsi" proqramının direktoru İqor Koçetkovun mətbuatda səsləndirdiyi fikirlər olub.