Gürcüstan Rusiyadan qaz alacaq


Dünya 14 Fev 2019 20:04:00 187 0

Gürcüstan Rusiyadan qaz alacaq

Gürcüstan hakimiyyəti Rusiyadan təbii qaz almaq üçün danışıqlar aparır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya parlamentin komitə iclasında deyib.

Onun sözlərinə görə, diversifikasiya olacaq və qazın qiymətində rəqabət yaranacaq. 

"İstəyirik ki, qazın bir deyil, bir neçə tədarükçüsü olsun", - nazir deyib. 

O bildirib ki, Rusiya ilə danışıqlar çətindir və vaxt tələb edir, çünki Gürcüstan şərtlərin yaxşılaşdırılmasını istəyir. 

Nazir Gürcüstanın Rusiyadan hansı həcmdə qaz almaq istədiyini açıqlamayıb. 

Georgi Kobuliyanın açıqlaması Gürcüstan müxalifətinin sərt tənqidlərinə səbəb olub.