"Biz üç saat işləyəcəyik"


Dünya 14 Fev 2019 19:57:00 219 0

"Biz üç saat işləyəcəyik"

Bu gün səhər saatlarında Yerevanda ictimai nəqliyyat iflic vəziyyətə düşüb. 

Son.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, "Yerevan Avtobusu" QSC-nin sürücüləri xidmət göstərməkdən imtina ediblər.

Məlumata əsasən, sürücülər quruma 7 ildir ki, rəhbərlik edən Elbak Tarpoşyanın işdən çıxarılmamasını istəyirlər.

Aksiyanın başlamasından bir neçə saat sonra sürücülərlə danışıq aparmaq üçün şirkətin direktoru və Yerevan meriyasının Nəqliyyat İdarəsinin sədri Henrix Navasardyan gəlib.