Abşeronda 400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu


Digərləri 14 Fev 2019 18:28:00 229 0

Abşeronda 400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Umudlu 8 il azadlıqdan məhrum edilib.