Müalicə işi” ixtisası ləğv edilib?


Digərləri 14 Fev 2019 15:53:00 239 0

Müalicə işi” ixtisası ləğv edilib?

Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda "Müalicə işi" ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib. Dünyada "Müalicə işi" ixtisası yoxdur, "Tibb" ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də "Müalicə işi" ixtisasının adı dəyişdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan "Tibbi profilaktika" ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın "İctimai səhiyyə" ixtisası kimi tanındığını, Azərbaycanda da "Tibbi profilaktika" ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.

Y.Piriyev qeyd edib ki, bununla yanaşı, "Bədən tərbiyəsi və idmanda reabilitasiya", "Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb: