Yolu keçən kişi "KamAZ"ın altında qaldı


Digərləri 14 Fev 2019 15:44:00 209 0

Yolu keçən kişi "KamAZ"ın altında qaldı

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi "KamAZ-55111" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.