Azərbaycanda təbii su hövzələrinə 46 milyona yaxın balıq buraxılıb


Digərləri 14 Fev 2019 13:09:00 224 0

Azərbaycanda təbii su hövzələrinə 46 milyona yaxın balıq buraxılıb

2018-ci ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 milyon 922,7 min manat vəsait sərf olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.