Bakıda marşrut avtobusu "Toyota" ilə toqquşdu, sürücü xəsarət aldı


Digərləri 14 Fev 2019 12:57:00 180 0

Bakıda marşrut avtobusu "Toyota" ilə toqquşdu, sürücü xəsarət aldı

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Bakı. Samir Əli - Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib. "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib.