Bakıda əhaliyə bir ildə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb


Digərləri 14 Fev 2019 11:52:00 234 0

Bakıda əhaliyə bir ildə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb

2018-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 5 milyard 717,3 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3276,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 57,3 faizini təşkil edib.

2018-ci ildə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə real ifadədə 8,9 faiz artaraq 1 milyard 054,1 milyon manat olub.