Abşeronda yanacaqdoldurma məntəqəsində bankomata hücum


Digərləri 14 Fev 2019 11:27:00 214 0

Abşeronda yanacaqdoldurma məntəqəsində bankomata hücum

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.