Bakıda əhaliyə bir ildə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb


Digərləri 14 Fev 2019 10:36:00 202 0

Bakıda əhaliyə bir ildə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard manatı ötüb

2018-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 5 milyard 717,3 milyon manat olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 5 milyard 717,3 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3276,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 57,3 faizini təşkil edib.