Məleykə Abbaszadə repetitorları ittiham etdi: "Bu işə həddindən artıq həssas yanaşmalıdırlar"


Digərləri 13 Fev 2019 19:52:00 276 0

Məleykə Abbaszadə repetitorları ittiham etdi: "Bu işə həddindən artıq həssas yanaşmalıdırlar"

Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdən danışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq.

Musavat.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb:

"Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı "FaceRecognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib".