BDUnun tələbəsini bıçaqlayıb öldürənin FOTOları


Digərləri 13 Fev 2019 17:33:49 188 0

BDUnun tələbəsini bıçaqlayıb öldürənin FOTOları

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsini öldürməkdə şübhəli bilinən 18 yaşlı Amil Adıgözəlovun fotosu yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.

Sabirabad rayon sakini Amil Adıgözəlov mərhum Rəşad Fətullayevin qonşuluğunda anası ilə birgə kirayədə yaşayıb. Qonşular onun tüfeyli həyat tərzi sürdüyünü və kriminal aləm üzvlərinə simpatiyası ilə fərqləndiyini bildiriblər. 


Xəbərə aid fotolar