"Facebook" və "YouTube" bazaları Azərbaycana gətirilsin – Ekspertdən təklif


Digərləri 13 Fev 2019 16:54:17 196 0

"Facebook" və "YouTube" bazaları Azərbaycana gətirilsin – Ekspertdən təklif

Sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir.

Bakı. Elçin Mehdiyev – Bu gün sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir. Trend-in məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza, qanunazidd hərəkətlər edə bilərlər: