Bank işçisinin məhkəməsi başladı


Digərləri 13 Fev 2019 15:50:00 208 0

Bank işçisinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 20-nə təyin edilib.

İttihama əsasən, E.Məlikov "Bank VTB" (Azərbaycan) ASC-nin əməkdaşı vəzifəsində çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Mikayılova Tamilanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. O, bu yolla zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.