Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və...


Digərləri 13 Fev 2019 15:34:00 289 0

Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və...

Goranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 7 noyabr 2016-cı il tarixdə, saat 01.00-da Goranboyun Veyisli kəndində baş verib.

Xəyanət şübhəsi

Məftun Məmmədov Veyisli kəndində nikahlarını rəsmi qeyd etdirmədən 2013-cü ildən ər-arvad kimi yaşadığı Afət Telmanovanın ona xəyanət etməsindən şübhələnib.

O, evə gələn şəxslərin səsini yazmaq məqsədi ilə yatdıqları döşəyin iç tərəfinə gizli şəkildə "Nokia" telefonu qoyub və diktofonu aktiv edib. Hadisə baş verən günü səs yazılarına qulaq asdıqdan sonra Afət Telmanovanın ona xəyanətinə əmin olub və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə evin giriş hissəsindəki yardımçı tikilidən götürdüyü dəmir boru parçası ilə çarpayıda yatmış Afet Telmanovanın ayağından vurub.

Oyatdıqdan sonra qadından xəyanət etdiyi kişinin adını soruşub, ad çəkməsə onu öldürəcəyini deyib.

Gecə yarısı yataqda dava

Afət Telmanova ərinə xəyanət etmədiyini bildirib, onun iradlarına rədd cavabı verib.

Bundan əsəbiləşən Məftun qadının saçından tutub sürüyərək çarpayıdan yerə salıb, dəmir boru parçası ilə onun başına, qoluna, ayaqlarına, kürək nahiyəsinə ardıcıl zərbələr vurub.

Daha sonra Afəti yerə yıxılaraq hərəkət etmədiyini görüb və onun öldüyünü düşünüb.

Arvadını vurdu, DİN-ə zəng etdi