BPdə nə qədər Azərbaycan vətəndaşı çalışır?


Digərləri 13 Fev 2019 15:02:00 237 0

BPdə nə qədər Azərbaycan vətəndaşı çalışır?

2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Son.az xəbər verir ki, BP-dən Trend-ə verilən məlumata görə, 2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. Bu öhdəlik ilin ortasına yerinə yetirilib.

Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.