Bərdədə məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək


Digərləri 13 Fev 2019 13:53:00 239 0

Bərdədə məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçiriləcək.

Bakı. Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, rayondakı məcburi köçkünlər üçün salınmış qəsəbədə təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həkim briqadası iştirak edəcək. Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödəniş əsaslarla müayinə olunacaq, lazımi həkim məsləhəti ala biləcəklər.