Nazir müavini: Azərbaycanda şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir


Digərləri 13 Fev 2019 11:51:00 184 0

Nazir müavini: Azərbaycanda şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir

Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib. O bildirib ki, benefisiarlar barədə məlumatın açıqlanması çox vacibdir: