Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs tutuldu


Digərləri 13 Fev 2019 10:58:00 237 0

Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs tutuldu

Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb. 

Şirvanda 18 yaşlı gənc atasının işlədiyi mağazanın qarşısında qətlə yetirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.