Əhaliyə verilən yararsız malqara ilə bağlı daha bir fakt


Digərləri 13 Fev 2019 10:37:00 252 0

Əhaliyə verilən yararsız malqara ilə bağlı daha bir fakt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən qurum hər dəfə bu iddiaların əsassız olduğunu açıqlayaraq vətəndaşın haqsız olduğunu bəyan edib.

Ötən həftə isə nazir Sahil Babayev müsahibəsində şikayət əsasında 119 heyvanın yenisi ilə dəyişdirildiyini etiraf etmişdi. Bu isə rəhbərlik etdiyi qurumun əksinə olaraq nazirin əhaliyə verilən heyvanların yararsız olmasıyla bağlı faktı təsdiq etməsidir.

Təəssüf ki, hələ də vətəndaşlara yararsız mal-qara verilməkdə davam edir. Daha bir şok fakt isə Ucar rayonunda qeydə alınıb.

Unikal.org-a rayonun Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı "özünüməşğulluq proqramı" çərçivəsində ona verilən heyvanların xəstə olduğunu deyib.


Xəbərə aid fotolar