Misirdə Xeops ehramı necə tikilib? Qədim papirus tapıldı


Digərləri 13 Fev 2019 08:17:00 330 0

Misirdə Xeops ehramı necə tikilib?  Qədim papirus tapıldı

Bir neçə əsrdir ki, Xeops ehramının necə inşa edildiyi barədə mübahisələr elm aləmində səngimək bilmir.

Son.az ölkə.az-a istinadən bildirir ki, arxeoloqlar bu yaxınlarda qədim papirus tapıblar. Papirusda misirlilərin iki tonluq daşları və qraniti 800 km uzaqlıqdan necə gətirdikləri təsvir edilib.

Tikinti üçün qranitin Gizadan 800 km uzaqda yerləşən Asuanedən gətirildiyini alimlər çoxdan bilirlər. Daşlar isə Turdan gətirilib. Amma bu günə qədər də alimlər nəqliyyat məsələsində yekdil fikrə gələ bilməyiblər.

Qədim sənədə əsasən, xüsusi işçilər 170 min ton daşı bir-biri ilə kəndir vasitəsilə bağlanan qayıqlarla Nil çayından, sonra isə xüsusi kanallardan keçiriblər. Piramida inşa edilən yerin yaxınlığındakı daxili  liman son nöqtə imiş.


Xəbərə aid fotolar