Arzu Rəhimov: "Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDXin "ASAN xidmət"dəki nümayəndələrinin vasitəsilə edib"


Digərləri 13 Fev 2019 07:35:00 234 0

Arzu Rəhimov: "Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDXin "ASAN xidmət"dəki nümayəndələrinin vasitəsilə edib"

Nazirlər Kabinetinin qərarına uyğun olaraq "Elektron xidmət növlərinin Siyahısı"nın təkmilləşdirilməsi məqsədilə SHXÇDX-nin təqdim etdiyi elektron xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib. Eyni zamanda "Hərbi xidmət keçmə barədə", "Hərbi qeydiyyatda olma barədə", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olması barədə" və "Müddətli həqiqi hərbi xidmətə göndərilmə barədə" elektron arayışların "ASAN xidmət" mərkəzlərində Xidmətin "Vahid elektron informasiya sistemi" üzərindən vətəndaşlara təqdim edilməsi təmin olunur.

Son.az report-a istinadən bildirir ki, bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun rəsmi mətbuatda dərc olunmuş müsahibəsində yer alıb.

SHXÇDX rəisi bildirib ki, həmçinin "Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması" həyata keçirilir: "Ümumilikdə, 2018-ci il ərzində 30 min 511 nəfər vətəndaş Xidmətə müraciətlərini SHXÇDX-nin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin vasitəsilə edib".