Marsa pilotlu missiya göndərmək istəyən şirkət müflis olub


Digərləri 13 Fev 2019 07:07:00 248 0

Marsa pilotlu missiya göndərmək istəyən şirkət müflis olub

Marsa pilotlu missiya göndərməyi və orada koloniya yaratmağı planlaşdıran "Mars One Ventures" özəl şirkəti müflis elan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Bazel arbitraj məhkəməsinin qərarına əsasən, "Mars One Ventures" 2019-cu il yanvarın 15-dən etibarən maliyyə öhdəliklərini yerinə yetirə bilməyən şirkət kimi müflis elan olunub. Marsa ekipaj göndərilməsi üzrə layihənin rəhbəri Bas Lansdorpun sözlərinə görə, "Mars One" Fondu rəsmi olaraq fəaliyyətini davam etdirsə də, sərmayələrin kəsilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini mümkünsüz edir. O əlavə edib ki, şirkətin rəhbərləri problemin həlli yollarını axtarırlar.