"MərkəziŞərqi Azəri" layihəsi çərçivəsində ilk neft nə vaxt əldə olunacaq?


Digərləri 12 Fev 2019 20:55:00 181 0

"MərkəziŞərqi Azəri" layihəsi çərçivəsində ilk neft nə vaxt əldə olunacaq?

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin bir hissəsi olan "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft 2013-cü ildə əldə ediləcək.

Son.az bildirir ki, bu barədə Trend BP-nin D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə istinadən məlumat verir.

Sənəddə qeyd olunur ki, hasilat, qazma və yaşayış modulu üçün ACE-PDQ platforması Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında təqribən 137 metr dərinlikdə yerləşəcək. Daxili mədən boru kəməri ACE-PDQ platformasından hasil edilən neft və qazın AÇG-nin işlənməsinin ikinci fazası üçün mövcud neft-qaz ixrac boru kəmərinə nəqli məqsədilə quraşdırılacaq. Bundan başqa, CA-CWP platformasından (kompressiya və və su vurma) ACE-PDQ-yə injeksiya suyunun verilməsinə görə EA-PDQ və ACE-PDQ platformaları arasında su vurulması üçün boru kəməri quraşdırılacaq. EA-PDQ-dən ACE-PDQ-dək dənizin dibi ilə kombinasiya edilmiş qidalanma mənbəyi (əlavə qidalanmanın təmin edilməsi üçün) və sualtı telekommunikasiya kabeli çəkiləcək.