Zukerberqdən “WhatsApp”la bağlı etiraf


Digərləri 12 Fev 2019 20:19:00 196 0

Zukerberqdən “WhatsApp”la bağlı etiraf

"Facebook"un qurucusu Mark Zukerberq "WhatsApp"ı neçə milyard dollar qarşılığında satın aldığını etiraf edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Zukerberq 5 il öncə bu sosial şəbəkəni 19 milyard dollar dəyərində aldığını bildirib.

"WhatsApp"ın qurucusu olan Jan Xoum ilə danışıqlar apararkən olduqca çətin anlar yaşadıq. Jan Xoum bir qərar verə bilmirdi. Jan məndən düşünmək üçün zaman istədi. Elə o anda itim Bist içəri girərək onun qucağına atıldı. Sanki bu anda bütün buzlar əridi və biz ortaq məxrəcə gələ bildik" - deyə Mark Zukerberq əlavə edib.