Vesta asteroidinin səthində iki rombşəkilli obyekt tapıldı


Digərləri 12 Fev 2019 19:19:00 183 0

Vesta asteroidinin səthində iki rombşəkilli obyekt tapıldı

NASA-nın "Dawn" stansiyasının Vesta asteroidindən əldə etdiyi fotoları müşahidə edən ufoloqlar maraqlı kəşfə imza atıblar.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, fotoların birində qeyri-adi obyekt müşahidə edilib.

Məlum olub ki, səma cisminin 525 km yaxınlığından keçən kosmik aparat iki simmetrik rombşəkilli obyekti də lentə alıb. Bu obyektlər bir-birinə çox bənzəyir. Ufoloqların fikrinə görə, təbiət tərəfindən belə simmetrik obyektin yaradılması mümkün deyil və söhbət süni obyektdən gedir.


Xəbərə aid fotolar