Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib (FOTO/VİDEO)


Digərləri 12 Fev 2019 17:53:49 244 0

Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib (FOTO/VİDEO)

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Riza-Kulu Ağasiyevin 90 yaşı tamam olub.

Bakı. Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Riza-Kulu Ağasiyevin 90 yaşı tamam olub. SOCAR-dan Trend-ə verilən məlumata görə, qocaman netçini 90 illik yubileyi münasibəti ilə şirkətin vitse-prezidenti David Məmmədov və şirkət rəhbəliyinin nümayəndələri evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırıblar. Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.