“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videosu hazırlayıb


Digərləri 12 Fev 2019 17:19:19 174 0

“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videosu hazırlayıb

"Türk Hava Yolları" aviaşirkəti “The LEGO Movie” media-franşiza ilə əməkdaşlıq çərçivəsində yeni animasiya çarxını - təyyarənin göyərtəsində təhlükəsizlik üzrə təlimat vidosunu təqdim edir.

Bakı. "Türk Hava Yolları" aviaşirkəti “The LEGO Movie” media-franşiza ilə əməkdaşlıq çərçivəsində yeni animasiya çarxını - təyyarənin göyərtəsində təhlükəsizlik üzrə təlimat vidosunu təqdim edir. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni videoda “LEGO”nun son animasiyasının qəhrəmanları yer alıb. “Türk Hava Yolları” aviaşirkəti “The LEGO Movie” ilə birgə tarixdə ilk dəfə olaraq sərnişinlərin təhlükəsizliyinə dair birinci videonu hələ 2018-ci ilin avqust ayında təqdim etmişdir. Cəmi bir ay ərzində video 20 milyon dəfədən çox izlənilib və “2018 Clio Entertainment” müsabiqəsinin qızıl mükafatına layiq görülüb. “LEGO” qəhrəmanlarının yer aldığı təhlükəsizlik üzrə ikinci video bu ilin martın 1-dən etibarən aviaşirlətin bütün reyslərində nümayiş olunacaq. Animasiyadan başqa, yeni təlimat videosu “Türk Hava Yolları”nın 306 ən maraqlı və məşhur istiqamətlərinin bəzilərini canlandıraraq göstərir. Video Bali, Moskva, San-Fransisko, Roma, Keyptaun, Honkonq və Tokiyo kimi yerlərə səyahəti əhatə edir və İstanbul Yeni Hava Limanında başa çatır. “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib: