Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava


Dünya 12 Fev 2019 17:04:00 221 0

Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava

Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı "Voyaj" kafesində kütləvi dava baş verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.

Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər. 

Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.