Azərbaycanda qrip virusu ilə bağlı


Digərləri 12 Fev 2019 16:44:00 276 0

Azərbaycanda qrip virusu ilə bağlı

"Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: "Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır".