“Clarivate Analytics” şirkətinin əməkdaşı AzMİU-da professor-müəllim heyəti üçün seminar keçib (FOTO)


Digərləri 12 Fev 2019 16:04:00 189 0

“Clarivate Analytics” şirkətinin əməkdaşı AzMİU-da professor-müəllim heyəti üçün seminar keçib (FOTO)

Universitetin professor-müəllim heyəti üçün beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar təşkil olunub.

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətinin əməkdaşı tərəfindən universitetin professor-müəllim heyəti üçün beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar təşkil olunub. AzMİU-dan Trend-ə verilən məlumata görə, seminarda universitetin Elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, dekanlar, kafedra müdirləri, Elmi-tədqiqat şöbəsinin əməkdaşları və müəllimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan AzMİU-nun prorektoru A.Şərifov “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaevanı növbəti dəfə universitetdə görməkdən məmnunluğunu ifadə edib, daha öncə keçirilmiş seminardan sonra əldə olunan nailiyyətləri tədbir iştirakçılarının və qonağın diqqətinə çatdırıb.