Leyla Şıxlinskaya dəymiş ziyan ödənildi


Digərləri 12 Fev 2019 15:39:16 186 0

Leyla Şıxlinskaya dəymiş ziyan ödənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçilərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən müəssisənin sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə L.Şıxlinskayaya dəymiş 56 min manat ziyanın ödənildiyi bildirilib. Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.