Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib


Digərləri 12 Fev 2019 15:26:00 195 0

Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib

Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb. 9 maddədən ibarət olan yeni qanun layihəsi Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər). Azərbaycan Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa (asılarsa) Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Dövlət bayrağına tərəf baxmalıdırlar.