Gənclərin inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin istifadə qaydaları dəyişib


Digərləri 12 Fev 2019 14:36:00 231 0

Gənclərin inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin istifadə qaydaları dəyişib

Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Qanunun hazırkı variantına əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.