"Xətai" stansiyasında yeni eskalatorların quraşdırılmasına başlandı


Digərləri 12 Fev 2019 14:21:00 187 0

"Xətai" stansiyasında yeni eskalatorların quraşdırılmasına başlandı

Metronun təmirə bağlanan "Xətai" stansiyasında istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsinə başlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış "LT-2" tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə start verilib: "Qeyd edək ki, əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevral ayında başlanmalı idi. Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Victoria Tube" tipli 4 yeni eskalator quraşdırılır. Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir. Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb".


Xəbərə aid fotolar