"Toppuş bacı" arıqlayıb tanınmaz hala düşdü


Şou-biznes 12 Fev 2019 14:09:00 288 0

"Toppuş bacı" arıqlayıb tanınmaz hala düşdü

"Xəstəliklə insan dünyasını dəyişmir. Deyib-gülməyə çalışıram. İnsan gününü yaşamalıdır. Yoxsa xəstəlik səni yıxar".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməmkdar artist Tünzalə Əliyeva "Gündən-günə" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa bildirib ki, efir üçün darıxıb:

"Ancaq pozitiv olmağa çalışıram. Çox hərəkətdə ola bilmirəm. Amma çox darıxmışam efir, rollar üçün. İrəvan Teatrında işə başladım. İki dəfə səhnəyə çıxmışam".

"Toppuş bacı" ləqəbi ilə tanınan Əliyeva xeyli çəki atıb. Tanınmaz halda olan Tünzalə daha arıqlamaq istəmədiyini bildirib.


Xəbərə aid fotolar