Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib


Digərləri 12 Fev 2019 12:11:00 216 0

Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib. Trend-in məlumatına görə, O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: "Qardaş ölkənin parlament sədrinə buna görə hamınızın adından təşəkkürümüzü bildiririk”. Daha sonra O.Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi münsaibətilə təbrik edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin