Bakıdakı bu yol nişanından dünyanın heç yerində yoxdur


Digərləri 12 Fev 2019 10:29:00 181 0

Bakıdakı bu yol nişanından dünyanın heç yerində yoxdur

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9 ünvanında nişanlamada səhvə yol verilib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, prospektdə avtomobillərin dönməsi üçün nəzərdə tutulan ara yolda iki əks istiqamət üzrə dönmə işarələri qoyulub. Həmin yerin avtomobillərin parklanması, yoxsa dönmə üçün nəzərdə tutulduğu  anlaşılmır.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, belə yol nişanlaması ola bilməz: "Bu, sadəcə, əlinэ təbaşir keçmiş bir dəcəl uşağın asfaltda şəkil çəkməsinə bənzəyir. Belə yol hərəkətinin təşkili ola bilməz. Bu, ayrıcı zolağın ortasında kəsikdir, dönmə yeridir. Hətta orada sola da dönmək olar, hərəkətin təşkilinə baxır. Orada çox şey etmək olar, amma belə hərəkətin təşkili yoxdur. Orada standarta, qanuna uyğun heç nə yoxdur".


Xəbərə aid fotolar