Ağdaşda 6 otaqlı ev yanıb


Digərləri 12 Fev 2019 08:58:00 196 0

Ağdaşda 6 otaqlı ev yanıb

Ağdaş rayonunda 6 otaqlı evdə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 198 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 87 m² sahədə, 1-ci mərtəbəsində pilləkən qəfəsi 19 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.