Essential Phone 2 smartfonunun ilk sxematik fotoları


Digərləri 12 Fev 2019 08:01:00 214 0

Essential Phone 2 smartfonunun ilk sxematik fotoları

Slashgear saytının mütəxəssisləri internetdə Essential şirkətinin yeni smartfon modeli olacaq Essential Phone 2-nin sxematik fotolarını aşkar ediblər. Aşkar edilmiş fotolardakı smartfon modeli tamamilə çərçivəsiz ekrana sahiibdir.

Son.az technote.az-a istinadən bildirir ki, ekranın yuxarı hissəsinin mərkəzində standart çıxıntı hissə əvəzinə ön kamera üçün nəzərdə tutulmuş dairəvi hissə yerləşir.

Bundan əlavə olaraq Essential Phone 2 ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz olunacaq. Bu texnologiya smartfonun aşağı hissəsində yerləşən rəqəmsal idarəetmə düyməsinə inteqrasiya ediləcək. Essential Phone 2 USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq.